ANA SƏHİFƏ / ƏRAZİLƏR / SƏBAİL
Çilingər
Səbail
Tarixi mərkəz, İçərişəhər və yamacdaki Badamdar — bir rayonda üç tamam fərqli qapı növü.
Səbail bu saytdaki ən qarışıq ərazidir: burada yüz illik taxta qapı ilə yeni yaşayış kompleksinin elektron kilidi bir-birindən bir neçə dəqiqəlik məsafədədir.
İçərişəhər və ətrafındaki köhnə binalarda qapılar çox vaxt tarixi dəyər daşıyır — taxta, oyma, bəzən qeyri-standart ölçüdə. Belə qapıda işin qaydası birdir: qapıya toxunmamaq. Burada məqsəd kilidi açmaq, lazım gəlsə silindri dəyişməkdir, qapının özünə müdaxilə etmək deyil.
Badamdar yamacda yerləşir və orada bina fondu daha yenidir: çoxmərtəbəli komplekslər və xüsusi evlər. Xüsusi evlərdə həyət darvazası, qarajı qapısı və evin öz qapısı ayrı-ayrı kilidlərdir — zəng edəndə hansının açılacağını dəqiqləşdirin.
Bibiheybət tərəfdə obyekt və sənaye təyinatlı yerlər də var. Belə çağırışlarda obyektə səlahiyyətinizi göstərən sənəd tələb olunur.
Səbail rayonu tərkibindəki qəsəbələr
Aşağıdaki qəsəbələrin hamısına çağırış qəbul olunur. Ünvanın hansı qəsəbədə olduğunu deyin — gəlmə vaxtı birbaşa ondan asılıdır.
- Badamdar
- Bibiheybət
Səbail üzrə çağırış gecə də, həftəsonu da qəbul olunur. Gəlmə vaxtını telefonda dürüst deyirik — qeyri-real vəd vermirik.
Səbail üzrə tez-tez çağırılan işlər
Kilid dəyişdirilməsi
Köçdünüz, açar itdi, kilid köhnəldi, yaxud kimsə qapını yoxlayıb — hamısının cavabı yeni kiliddir.
02Açar içəridə qalıb
Ən çox rast gəlinən hal və xoşbəxtlikdən ən asan həll olunanı: kilid sağlamdır, sadəcə açarsız açmaq lazımdır.
03Kodlu və barmaq izi kilid
Açar gəzdirmək istəmirsiniz.
04Seyf açılması
Şifrə yadınızdan çıxdı, açar itdi, yaxud elektron panel cavab vermir.
Bakı və Abşeron · Gecə, həftəsonu və bayram günləri də · Eyni nömrə WhatsApp-da